AZ

FHN-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin, Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Sonra tədbir iştirakçıları Mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad edib, Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda Dahi Rəhbərin zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Ümummilli Liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur.

Seçilən
1
8
publika.az

10Mənbələr