AZ

Turan Tovuz la oyunda zədələnən Musa Qurbanlının hansı müddətə kənarda qalacağı bilindi

ain.az, Fanat saytına istinadən bildirir.

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində dünən "Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi (2:1) ev oyununda zədələnən hücumçu Musa Qurbanlının hansı müddətə kənarda qalacağı bəlli olub.

Ağdam təmsilçisinin mətnuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, dizindən xəsarət alan və 11-ci dəqiqədə əvəzlənən 24 yaşlı forvard 2-3 həftə müalicə alandan sonra məşqlərə başlayacaq.

Cari mövsüm "Qarabağ"ın heyətində 38 matça çıxan Azərbaycan millisinin üzvü 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Qurbanlının transfer qiymətini 700 min avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
9
fanat.az

10Mənbələr