AZ

Sağlamlığınız üçün həqiqətən faydalı olan 7 zərərli qida

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qidalanma mütəxəssisləri sağlamlığa “zərərli” hesab edilən bir sıra məhsulların əslində yanlış reputasiyaya malik olduğunu və elmi araşdırmaların onların faydalı ola biləcəyini göstərdiyini bildiriblər. Demokrat.az xəbər verir ki, “Realsimple” nəşri bu məhsullar haqqında mifləri təkzib edib.1. Yumurta - Əvvəllər yumurtaların tərkibindəki yağ və xolesterinin ürək sağlamlığına zərər verdiyi düşünülürdü. Lakin diyetoloq Aleksandra Lüis bildirib ki, yumurtadakı yağ miqdarı kritik deyil və onun bir hissəsi faydalıdır. Həmçinin yumurtadakı xolesterin qandakı xolesterin səviyyəsinə birbaşa təsir etmir. Yumurtalar yüksək miqdarda protein, vitamin və minerallarla zəngindir.2. Dondurulmuş məhsullar - Meyvə və tərəvəzlər yetişmənin pik dövründə dondurulduğu üçün onların qida dəyəri qorunur. Bu isə vitamin və mineralların maksimum səviyyədə saxlanması deməkdir. Mütəxəssislər dondurulmuş tərəvəzlərin buxarda bişirilməsini, giləmeyvələrin isə yulafla istifadəsini tövsiyə edir.3. Qəhvə - Orta miqdarda qəhvə qəbulu sağlamlıq üçün faydalıdır. Dietoloq Culiana Dyuşnep qəhvənin B qrup vitaminləri ilə zəngin olduğunu və 2-ci tip diabet riskini azalda biləcəyini bildirib. Lakin faydanı əldə etmək üçün qəhvə şəkər və qaymaqsız içilməlidir.4. Karbohidratlar - Çörək, nişastalı tərəvəzlər və yulaf tez-tez “zərərli” hesab edilsə də, orqanizm üçün vacib enerji mənbəyidir. Karbohidratlar beyin, böyrəklər və əzələlərin normal fəaliyyəti üçün lazımdır və lif (kletçatka) ilə zəngindir.5. Qlüten - Qlüten buğda, arpa və çovdarda olan bir proteindir və sağlam insanlar üçün zərərli deyil. Yalnız çölyak xəstəliyi və ya qlütenə qarşı həssaslığı olan şəxslərdə problem yarada bilər. Tam taxıllı məhsullar isə faydalı hesab olunur.6. Süd məhsulları - Süd məhsulları D vitamini, maqnezium, kalium və proteinlə zəngindir. Onların ölçülü şəkildə qəbulu sümük sağlamlığını dəstəkləyir, əzələ kütləsini artırır və arıqlama prosesinə kömək edə bilər.7. Konservləşdirilmiş meyvə və tərəvəzlər - Mütəxəssislər bildirirlər ki, konserv məhsullar düzgün seçildikdə (az duz və şəkər tərkibli) rahat və faydalı qida mənbəyi ola bilər və bir çox qəlyanaltıdan daha sağlamdır.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
8
demokrat.az

8Mənbələr