AZ

Mingəçevirdə gənc tələbənin qəfil ölümü: Universitetdə nə deyirlər?

“Tələbənin səhhətində heç bir problem olmayıb".

Bunu “Yeni Sabah”a Mingəçevir Dövlət Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Firuzə Cəlilova bildirib.

Universitetin 2006-cı il təvəllüdlü tələbəsi Məhəmməd (Muhamməd) Abdullah oğlu Həsən futbol oynadığı zaman qəfildən halı pisləşib, sonra dünyasını dəyişib.

Firuzə Cəlilovanın sözlərinə görə, tələbənin səhhətində əvvəllər heç bir problem müşahidə olmayıb:

“Məhəmməd Həsən hadisə baş verən gün dərsdə iştirak etməyib. Gəncin valideynləri dünən, mayın 4-də Mingəçevirə gəlib və mərhumun nəşini təhvil alıblar”.

Xatırladaq ki, 20 yaşlı tələbənin ölümü Mingəçevirdəki “Ağ Saray” hotelinin ərazisində baş verib. O, təcili tibbi yardımın gəlişinə qədər keçinib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr