
İsrail və ABŞ İrana qarşı yeni zərbələr endirmək imkanını müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan İsrail rəsmisinə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, məqsəd İrana təzyiq göstərmək və danışıqlarda əlavə güzəştlər əldə etmək üçün qısamüddətli hərbi kampaniya aparmaqdır.
Kanalın mənbəsi əlavə edib ki, hərbi əməliyyatların bərpası qərarı sonda ABŞ Prezidenti Donald Trampdan asılıdır.
Bildirilib ki, Amerika lideri İranla danışıqlardakı çıxılmaz vəziyyətdən məyusdur, lakin Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil.