AZ

Sesk Fabreqasın Premyerliqa etirafı və Joze Mourinyo məsləhəti

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İtaliyanın “Komo” futbol komandasının baş məşqçisi Sesk Fabreqas gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə Premyerliqasını dünyanın ən yaxşı liqası hesab etsə də, yaxın gələcəkdə ora qayıtmağa tələsmir.

Təcrübəli mütəxəssis Joze Mourinyonun vaxtilə ona verdiyi məsləhəti xatırladaraq hazırkı layihəsinə sadiq olduğunu vurğulayıb:

“Joze Mourinyo hələ “Çelsi”də olduğum vaxt mənə demişdi ki, qarşıda hələ 30 illik işim var. Bu, məni düşünməyə vadar etdi: mən daha 10 il “Komo”da qalıb təcrübə toplaya bilərəm. Premyerliqaya isə 12-15 il sonra qayıtmaq üçün hələ kifayət qədər vaxtım olacaq”.

Qeyd edək ki, Fabreqasın rəhbərliyi altında “Komo” İtaliya A Seriyasında uğurlu çıxış edir. Komanda cari mövsümdə çempionatın ən az qol buraxan kollektivlərindən biridir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
icma.az

1Mənbələr