AZ

Prezidentin rektor təyin etdiyi Yusifbəyli kimdir? -

Xəbər verdiyimiz kimi, Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Nurəli Yusifbəyli 28 mart 1963-cü ildə Azərbaycanda anadan olub. 1980-ci ildə Kiyev Politexnik İnstitutunun Elektroenergetika fakültəsinə daxil olub, 1986-cı ildə “Elektrik sistemlərinin kibernetikası” ixtisası üzrə ali təhsilini başa vurub.Əmək fəaliyyətinə enerji sahəsində başlayan N.Yusifbəyli 1986–1993-cü illərdə müxtəlif vəzifələrdə çalışıb, daha sonra Azərenerji ASC sistemində mühüm postlar tutub. O, burada dispetçer, baş dispetçer, baş mühəndisin müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.2009–2012-ci illərdə energetika sahəsində elmi-tədqiqat institutuna rəhbərlik edib, sonrakı illərdə isə İqtisadiyyat və Sənaye Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini təyin olunub, 2020-ci ildə isə həmin vəzifədən azad edilib.2021-ci ildən Azərbaycan Texniki Universitetində tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.Texnika elmləri doktoru, professor olan Nurəli Yusifbəyli 8 kitab, çoxsaylı elmi məqalə və patentlərin müəllifidir. O, həmçinin beynəlxalq elmi qurumların üzvü, müxtəlif jurnalların redaksiya heyətində təmsil olunur.Elmi və peşəkar fəaliyyətinə görə o, “Əməkdar mühəndis” və “Əməkdar elm xadimi” fəxri adlarına, eləcə də bir sıra mükafatlara layiq görülüb.

Qeyd edək ki, Nurəli Yusifbəyli ailəlidir, iki övladı var.

Seçilən
12
25
metbuat.az

10Mənbələr