AZ

Polislər arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib VİDEO

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nəsimi Rayon Polis İdarəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib. 

Lent.az xəbər verir ki, tədbirdə rayon polis idarəsinin, icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər. 

Yarışda Nəsimi Rayon Polis İdarəsinin 85 əməkdaşı 5 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
5
lent.az

6Mənbələr