AZ

Türkiyədə itkin düşən qadının meyiti tapıldı - TƏFƏRRÜAT

44 yaşlı Azərbaycan vətəndaşı Məxfurə Hüseynova İstanbulda  vəfat edib.

Belə ki, o, Kadıköy-Beşiktaş istiqamətində hərəkət edən bərəyə mindikdən sonra itkin düşüb və daha sonra onun cəsədi Haydarpaşa sahilləri yaxınlığında tapılıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə 2 may saat 22:00 radələrində baş verib. Məlumata görə, Hüseynova Kadıköy sahil körpüsündən keçərək bərəyə minib və göyərtədə çantası ilə birlikdə oturub. Bir müddət sonra isə qadının gəmidə olmadığı müşahidə edilib, lakin şəxsi əşyaları yerində qalıb.

Bərənin “Kırçıloğlu 4” adlı sərnişin gəmisi olduğu müəyyən edilib. Aparılan yoxlamalar zamanı çantanın içindən onun kimlik məlumatları tapılıb və şəxsiyyətinin MəxfurəHüseynova olduğu təsdiqlənib.

Kamera görüntülərinin araşdırılması zamanı qadının saat saat 20:20 radələrində Kadıköy turniketlərindən keçərək bərəyə mindiyi müəyyən edilib. Görüntülər onun qızı Nigar Yusifliyə də göstərilib və şəxsiyyəti təsdiqlənib.

Lakin gəminin son dayanacağı olan Beşiktaş sahil körpüsündə aparılan baxışda qadının düşdüyünə dair heç bir görüntü aşkarlanmayıb. Üstəlik, gəmidəki kameraların 14 apreldən bəri işləmədiyi də məlum olub.

Onun cəsədi ekspertiza üçün məhkəmə tibbi ekspertizasına göndərilib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
14
3
yenisabah.az

4Mənbələr