İslam İnkişafı Bankı Qrupu (IsDB) Azərbaycanda həyata keçirdiyi layihələrlə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına və icmaların bərpasına töhfə verir. Azərbaycanda səfərdə olan IsDB Qrupunun sədri Muhammad Al Jasser iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bildirib ki, IsDB azad edilmiş ərazilərdə layihə həyata keçirən ilk beynəlxalq maliyyə institutu olub. Bu, münaqişədən sonrakı bərpa prosesində bankın aparıcı rolunu göstərir.
Muhammad Al Jasser qeyd edib ki, Azərbaycanla əməkdaşlıq artıq müsbət nəticələr verib və azad edilmiş ərazilərdə planlaşdırılan ikinci layihə infrastruktur və kənd təsərrüfatının inkişafını gücləndirəcək. Eyni zamanda, layihə məcburi köçkün ailələrin öz evlərinə və dolanışıq mənbələrinə qayıdışını asanlaşdıracaq.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan