AZ

““Sülh kəsişməsi” layihəsi Azərbaycanın razılaşmadığı bir təşəbbüsdür” – DEPUTAT

"Avropa İttifaqının yanaşması bir qədər fərqlidir. Onlar Avropa İttifaqı–Ermənistan forumunun yekun sənədində də, Global Gateway layihəsində də və digər Ermənistanla əlaqəli sənədlərdə Paşinyanın Vaşinqton Sülh sammitindən öncə irəli sürdüyü və təbliğatını apardığı “Sülh kəsişməsi” layihəsinə istinad edirlər. Bu layihə Azərbaycan tərəfinin razılaşmadığı və faktiki reallıqlara uyğun olmayan bir layihədir. “Sülh kəsişməsi” bizim Zəngəzura alternativ olaraq irəli sürülmüş bir ideyadır. Regionun Türkiyə ilə, məhz Azərbaycan–Naxçıvan üzərindən dəmir yolu və avtomobil yolu ilə əlaqələndirilməsi isə TRIPP layihəsində öz əksini tapıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan–Aİ sammiti çərçivəsində António Costa və Ursula von der Leyen ilə birgə çıxışında Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasının region üçün mühüm əhəmiyyət daşıdığını bildirib və bu prosesin qaçılmaz olduğunu vurğulayıb. Bu bəyanat Cənubi Qafqazda uzun müddətdir formalaşan siyasi gündəliyə yeni dinamika gətirib. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması və regional nəqliyyat-kommunikasiya xətlərinin bərpası məsələləri yenidən beynəlxalq diqqət mərkəzinə çıxıb. Bu proseslər həm sülh gündəliyi, həm də regional əməkdaşlıq perspektivləri baxımından yeni müzakirə imkanları yaradır.

Deputat qeyd edib ki, bu layihələrin reallaşması üçün ilk növbədə yekun sülh müqaviləsi imzalanmalı və Azərbaycan tərəfinin şərtləri yerinə yetirilməlidir.

Seçilən
18
aznews.az

1Mənbələr