AZ

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Azərbaycanda bu günə olan statistikaya əsasən, problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin yerli icra qurumlarının icraatında olan bu icra işləri bank və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu işlərdir.

Həmin işlər məcburi icraya yönəldildiyinə görə problemli kreditlər hesab olunur.

Ölkəmizdə bank və bank olmayan təşkilatlardan müəyyən vəsait götürməklə qarşısına qoyduğu məqsədi reallaşdıran insanlar çoxdur. Lakin sonradan həmin məbləği ödəməyən və ya ödəyə bilməyən insanların da sayı xeylidir.

Ümumiyyələ, problemli kredit anlayışına nələr daxildir? Məcburi icra qaydaları hansı borclulara aid edilir? Həmin şəxsləri hansı aqibət gözləyir?

Aktual.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov kredit dedikdə yalnız müəyyən müddətə götürülən borc başa düşüldüyünü deyib.

"Yəni banklardan, bank olmayan təşkilatlarından, lombardlardan, ticarət şəbəkələrindən alınan nisyə mallardan söhbət gedir. Amma icra məmurlarının apardığı və məhkəmələrdə baxılan borc işlərinə problemli kreditlərdən əlavə alimentlər də daxildir. Çünki bu da borcdur. Bu mənada bura aidliyi var. Onun da ödənilməsi mexanizmi eynidir. Məhkəmə üçün, icra məmuru üçün fərqi yoxdur ki, vətəndaş kredit götürüb qaytarmır, yoxsa valideyn aliment ödəmir".

Ekspert bildirib ki, qanunla borcu ödəməyənə qarşı heç bir tədbir görülə bilməz:

"Qanun deyir ki, əgər insanın imkanı yoxdursa, ona qarşı heç bir tədbir görmək olmaz. Bizdə isə həbs olunacağını deyirlər, ölkədən çıxışına qadağa qoyurlar, hətta bəzən cərimə edirlər. İnsanın borcunu ödəməyə pulu yoxdur, məhkəmə hələ onu əlavə olaraq cərimə edir. Bu məsələlərin həlli yolu eynidir, pulu varsa, ödəyir, yoxdursa, ödəyə bilmir və buna qarşı görülən bütün tədbirlər qanunsuzdur".

Seçilən
1
7
ulusum.az

8Mənbələr