ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bu gün Bakıda Yunus Emre İnstitutunda “Ortaq Mədəniyyət və Ortaq Miras” adlı müzakirə keçirilib. Tədbir “Erzurum Diplomasi Araştırmaları Merkezi” və Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, EDAM son dövrlərdə Türkiyənin xarici ölkələrdə təmsil gücünü və regional dinamikləri yerində analiz etmək məqsədilə genişmiqyaslı sahə araşdırması proqramına start verib.
EDAM İdarə Heyətinin sədri Ergün Engin başçılığındakı heyət Səfirliklər, TİKA və Yunus Emre İnstitutu kimi Türkiyənin beynəlxalq aləmdə fəaliyyət göstərən aparıcı qurumlarında texniki və sahəvi araşdırmalar həyata keçirir.
Tədbirdə çıxış edən Gökhan Seyhan və EDAM İdarə Heyətinin sədri Ergün Engin bu gün keçirilən müzakirənin əhəmiyyətindən bəhs ediblər. Daha sonra Dillər Universitetinin əməkdaşı Cəlal İbrahimli mədəniyyətlərin irsən ötürülməsinin vacibliyini vurğulayıb.
Daha sonra tədbir müzakirələrlə, layihə təqdimatları ilə davam edib. Bakıda keçirilən bu müzakirə çərçivəsində regiondakı geosiyasi proseslər, ekopolitik balanslar və mədəni diplomatiyanın rolu ətrafında fikir mübadiləsi aparılıb. Heyətin əsas məqsədi sahə məlumatlarını toplayaraq Türkiyənin yumşaq güc alətlərinin fəaliyyətini daha dərindən təhlil etmək və əldə olunan nəticələri akademik-strateji araşdırmalara inteqrasiya etməkdir.
Xatırladaq ki, sahə araşdırması proqramında iştirak edən heyətə EDAM İdarə Heyətinin sədri Ergün Engin rəhbərlik edir. Proqramın ümumi koordinasiyasını EDAM Baş koordinatoru Serdar Yavuz həyata keçirir, Baş koordinator müavini isə Merve Deligözdür. Akademik istiqamətdə Dr. Sümeyyə Gökçenoğlu, layihə çərçivəsində Beyzanur Sarıgül, geosiyasi araşdırmalar sahəsində Hasan Hüsnü Yazıcı və Sernaz Özden fəaliyyət göstərirlər. Türk Dünyası üzrə işləri Yeşim Saraçoğlu, ekopolitik analizləri isə Beyza Türkoğlu koordinasiya edir.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.