AZ

ABŞ Hörmüz boğazına birbaşa müdaxilə edə bilər? ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin “Azadlıq Layihəsi” çərçivəsində Hörmüz boğazına müdaxilə planını pisləyib və bunun yalnız gərginliyi artıracağını, Vaşinqtonu yeni regional böhrana sürükləyə biləcəyini bildirib.

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, bu açıqlama həm daxili auditoriyaya, həm də beynəlxalq auditoriyaya yönəlik bir mesajdır:

"Daxili auditoriyaya İranın suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır, beynəlxalq auditoriyaya isə mümkün eskalasiyanın məsuliyyətini ABŞ-nin üzərinə aid etmək məqsədi daşıyır.

Hazırkı mərhələdə ABŞ-nin Hörmüz boğazına birbaşa müdaxilə planını reallaşdırması aşağı ehtimallar arasındadır. Çünki bu kimi addımlar çox riskli hesab olunur və kəskin eskalasiya halında həyata keçirilir. Doğrudur, ABŞ hökumətinin “Azadlıq layihəsi” çərçivəsində Hörmüz boğazına müdaxilə etmək planı var. ABŞ nəyə görə belə bir addım atmaq istəsin ki? Əsas məsələ Hörmüz boğazıdır və bu boğaz dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi nöqtədir. Qlobal enerji təhlükəsizliyinin ən kritik nöqtələrindən biridir. ABŞ bu nöqtədə gəmiçilik təhlükəsizliyini qorumaq üçün İranın mümkün bütün blokada və təzyiq mexanizmlərinin qarşısını almağa çalışır. Müttəfiqlərini, xüsusilə də Körfəz ölkələrini mövcud kritik durumdan qurtarmaq istəyində olduğunu bildirir".

Həmsöhbətimiz vurğuladı ki, Hörmüz boğazında baş verənlərin ABŞ-dən qaynaqlandığı açıq şəkildə ortada olduğunu nəzərə alsaq, ABŞ-nin bu istiqamətdə cəhdləri səbəbsiz deyil:

"Bu baxımdan ABŞ birbaşa hərbi müdaxilədən qaçmağa çalışır. Çünki böyük müharibə riskinə girmək qlobal enerji bazarına ciddi zərbə vuracaq. ABŞ donanması bölgədə onsuz da aktivdir. Bölgə sularında patrul xidməti və təhlükəsizlik əməliyyatları aparmaq imkanı var. ABŞ-nin müdaxiləsi indiki mərhələdə zəif ehtimallar arasındadır. Yox əgər müdaxilə planı işə düşərsə, İranın cavab tədbirləri olacaq və hesab edirəm ki, asimmetrik hücumlar və proksi qüvvələrin hücumları həyata keçiriləcək. Bu da öz növbəsində enerji bazarında qiymətlərin sabitliyinə ciddi şəkildə təsir edəcək. Dünya iqtisadiyyatında inflyasiya dalğasının yaranmasına səbəb ola bilər və s. Belə bir mənzərə ABŞ və müttəfiqləri arasında kəskin qarşıdurma yarada bilər. Əslində belə bir vəziyyət artıq baş verməkdədir və bu da Tramp administrasiyasını çətin duruma düşürüb. Bu baxımdan İran tammiqyaslı müharibədən yayınmağa çalışır və ABŞ isə bu addımı son çarə olaraq görür".

Ç.Şahbazinin fikrincə, yanlış hesablamalar vəziyyəti nəzarətdən çıxara bilər:

"Hər hansı kiçik bir insident böyük müharibəyə səbəb ola bilər. Hörmüzdə baş verənlər və hər hansı bir gərginlik anında bazara təsir göstərir. Alternativ marşrutların kifayət etməməsi də burada rol oynayır və o baxımdan hesab edirəm ki, müdaxilə anonsu blef xarakteri daşıyır və gərginlik artsa da, nəzarətdə qalaraq davam edəcək. Məhdud insidentlər, gəmilərlə bağlı istisna deyil. Bu, əlbəttə ki, diplomatik danışıqlar prosesi ilə paralel şəkildə davam edəcək".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
29
redaktor.az

10Mənbələr