AZ

Atlantik okeanında rekord həcmdə narkotik müsadirəsi

İspaniya polisi Atlantik okeanında həyata keçirdiyi əməliyyat zamanı böyük həcmdə kokain ələ keçirib. Ölkənin Mülki Qvardiyası beynəlxalq sularda saxlanılan yük gəmisində 30.000-45.000 kiloqram arasında narkotik maddə tapıb.

“BBC” xəbər verir ki, qurumun həmkarlar ittifaqı AUGC bu əməliyyatı “narkotik qaçaqmalçılığına tarixi zərbə” kimi qiymətləndirib. Gəmi Kanar adaları sahillərində saxlanılıb və təxminən 20 nəfər həbs olunub.

Məlumata görə, gəmi Sierra Leonadan Liviyaya doğru hərəkət edirmiş. İstintaq davam etdiyi üçün rəsmi qurumlar əlavə detallar açıqlamayıb. 

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, bu hadisə həm milli, həm də beynəlxalq səviyyədə ən böyük narkotik müsadirələrindən biri hesab olunur.

Qeyd edək ki, bundan əvvəl yanvar ayında İspaniya dənizdə təxminən 10 ton kokain ələ keçirmişdi.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr