Azərbaycanın aqrar sektorunda yenilikləri ilə tanınan “Prime Leasing MMC” İtaliyanın Argo Tractors istehsalçısına məxsus Landini brendi ilə rəsmi əməkdaşlığa başlayıb. Şirkət nümayəndələri İtaliyanın Fabbrico şəhərində zavodları ziyarət edərək yeni modelləri və Azərbaycanın kənd təsərrüfatı üçün uyğun texnologiyaları müzakirə ediblər.
Yeni traktor modelləri həm bağçılıq, həm pambıqçılıq, həm də şum işləri üçün uyğundur və müasir kabinə, qoşqu sistemi və idarəetmə mexanizmləri ilə təchiz olunub. Satışdan sonrakı xidmət isə geniş ehtiyat hissələri və regional xidmət mərkəzləri vasitəsilə təmin ediləcək.
Fermerlər traktorları ölkənin 5 əsas aqrar regionunda dövlətin 40 faiz güzəşti ilə lizinq şərtləri əsasında əldə edə bilərlər. Şirkət regionlarda mütəxəssislər vasitəsilə fermerlərə texniki dəstək və məsləhət də verəcək.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan