AZ

"Axios": Tramp bu həftə İrana qarşı əməliyyatları bərpa edə bilər

ABŞ Prezidenti Donald Tramp bu həftə İrana qarşı hərbi əməliyyatların bərpasına əmr verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios"ABŞ və İsrail rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, ABŞ mayın 3-də Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək və mümkün eskalasiya riskini azaltmaq məqsədi daşıyan "Azadlıq Layihəsi" əməliyyatının başlaması barədə İranı gizli şəkildə məlumatlandırıb.

Portal yazır ki, danışıqlardakı çıxılmaz vəziyyət davam edərsə, Tramp bu həftənin sonunda müharibənin yenidən başlamasına əmr verə bilər.

Seçilən
30
11
teleqraf.com

10Mənbələr