Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fars körfəzi ilə bağlı məsələyə münasibət bildirib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, o, Rusiyanın danışıqlara yardım etməyə hazır olduğunu deyib.
"Rusiya Fars körfəzi bölgəsində yaranmış fikir ayrılıqlarının həllinə siyasi-diplomatik vasitələrlə yardım etməyə hazırdır", - Zaxarova qeyd edib.