Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe ilə komandanın məşqçilər heyətinin üzvü arasında münaqişə yaşanıb.
Publika.az Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 24-də keçirilən "Betis"lə oyundan (1:1) əvvəl baş verib. Mbappe məşq oyunu zamanı onun ofsaydda olduğunu qeydə alan əməkdaşın ünvanına "qəzəbli və təhqiramiz" ifadələr işlədib.
Mayın 5-də isə Mbappenin klubdan Vinisiusun satılmasını tələb etdiyibarədə məlumatlar yayılıb. Jurnalist Fransua Qallardo qeyd edib ki, futbolçunun anası Fayza Lamari artıq "Real"ın prezidenti Florentino Peresə belə bir xahişlə müraciət edib. Əgər Vinisius "Real"da qalsa, Mbappe klubu tərk edəcək.
2026-cı ilin aprel ayının sonunda futbolçunun sol bud nahiyəsində əzələ zədəsi diaqnozlaşdırılıb. Bu zədə səbəbindən o, mövsümün qalan hissəsini buraxa bilər.