AZ

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı


Türkiyədə azərbaycanlı qadının meyiti tapılıb.
Bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, 44 yaşlı Məfkurə Hüseynova mayın 2-də su nəqliyyatı (vapur) ilə hərəkət edərkən bir müddət sonra yoxa çıxıb. 
Kadıköy-Beşiktaş marşrutu ilə hərəkət edən gəminin son dayanacağında oturacağın üzərində Məfkurə Hüseynovaya aid çanta olduğu müəyyən edilib. 
Axtarışlardan sonra qadının meyiti Haydarpaşa sahillərində aşkarlanıb. \\Modern.az

Seçilən
1
2
gender.az

3Mənbələr