AZ

İcra başçısının köməkçisi vəfat etdi

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin köməkçisi Nazim Fətullayev vəfat edib.

Hakimiyyet.az Teleqraf-a istinadla xəbər verir ki, mərhum bu gün dəfn olunub. Onun xərçəng xəstəsi olduğu bildirilir.

Suraxanı rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləyiblər.

Qeyd edilib ki, 1 ildən artıqdır xərçəng xəstəliyindən müalicə olunan N.Fətullayev 2 həftə əvvələ kimi işə çıxıb.

Seçilən
1
3
hakimiyyet.az

4Mənbələr