AZ

​Türkiyə ilk dəfə qitələrarası raketini təqdim etdi

Türkiyə ilk dəfə qitələrarası hipersəs raketini təqdim edib.Metbuat.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf bölməsi tərəfindən hazırlanan “YILDIRIMHAN” raketi "SAHA Expo 2026" sərgisində ilk dəfə nümayiş olunub. İstanbul Sərgi Mərkəzində keçirilən tədbirdə təqdim edilən raket Türkiyənin indiyə qədər istehsal etdiyi ən böyük və ən uzaqmənzilli silah sistemi kimi qiymətləndirilir. Məlumata görə, “YILDIRIMHAN” qitələrarası zərbə imkanına malikdir. Raketin uçuş məsafəsi 6000 kilometr, maksimal sürəti isə 25 Max olaraq açıqlanıb. Sistem maye yanacaqla işləyir və 4 mühərrikdən ibarət kompleks quruluşa malikdir.Qeyd olunur ki, layihə tamamilə yerli resurslarla hazırlanıb və yaxın dövrdə sınaq atışlarına başlanması planlaşdırılır. Raketin gövdəsində Mustafa Kamal Atatürk imzası və Yıldırım Bəyazidin tuğrası yer alır.


Seçilən
12
10
metbuat.az

10Mənbələr