AZ

35 yaşlı Kante Avropa klublarının diqqətində

Futbol dünyasında yaşın yalnız adi rəqəm olduğunu sübut edən oyunçulardan biri də “Fənərbaxça”nın qaradərili ulduzu Nqolo Kantedir. Metbuat.az xəbər verir ki, Nqolo Kante 35 yaşında olmasına baxmayaraq, futbol dünyasının ən sabit yarımmüdafiəçilərindən biri kimi qalır. Onun oyuna verdiyi töhfə hələ də yüksək səviyyədədir. Karyerasına Fransada aşağı liqalarda başlayan Kante “Çelsi”də böyük uğur qazanıb. London klubunda o, Premyer Liqa, FA Cup, Avropa Liqası və Çempionlar Liqasının qalibi olub. 2025-ci ildə Prezident Rəcəb Tayyip Ərdoğanın dəstəyi ilə “Əl-İttihad”dan Türkiyənin aparıcı klubu “Fənərbaxça”ya transfer olan 35 yaşlı futbolçu hazırda İstanbul təmsilçisinin şərəfini qoruyur. O, bu mövsüm çıxdığı matçlarda toplam 50 ötürmə verib. Bu ötürmələrdə dəqiqlik payı 96 faizdir.

Kante yaşının çox olmasına baxmayaraq, digər göstəricilərdə də komanda yoldaşlarını üstələyir. Gələn ay keçiriləcək dünya çempionatından sonra Avropa nəhənglərinin fransız futbolçu üçün “Fənərbaxça”nın qapısını döyəcəyi gözlənilir.

Seçilən
1
28
metbuat.az

10Mənbələr