Bizim media saytına istinadən ain.az xəbər verir.
Rusiyada Əmək Nazirliyinin əmri ilə alternativ mülki xidmət (AMS) üçün nəzərdə tutulan peşələrin siyahısı genişləndirilib.Bizim.Media xəbər verir ki, yenilənmiş siyahıya 92 yeni ixtisas əlavə olunub və ümumi peşələrin sayı 363-ə çatdırılıb.Siyahıya kostyumçu, piano və royalların sazlayıcısı, zooloq, sinoptik, elektrik, tornaçı, dalğıc, qaz qaynaqçısı, meşə yanğınsöndürəni və müxtəlif tibbi ixtisaslar daxil edilib.
Eyni zamanda, alternativ xidmət keçmək mümkün olan təşkilatların sayı da artırılıb – 1798-dən 1927-yə yüksəlib.
Qeyd edək ki, alternativ mülki xidmət hərbi xidmətin şəxsin dini inanclarına və ya əqidəsinə zidd olduğu hallarda, həmçinin azsaylı yerli xalqlara mənsub şəxslər üçün nəzərdə tutulur. (musavat.com)Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.