AZ

Azərbaycan kanoeçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçiriləcək kayak və kanoe üzrə Dünya Kubokunun birinci mərhələsində mübarizə aparacaq.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Qeyd edək ki, bu yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

Kayak və kanoe üzrə Dünya Kubokunun birinci mərhələsi mayın 8–10-da Macarıstanın Seged şəhərində baş tutacaq.

Seçilən
0
2
90deqiqe.az

3Mənbələr