ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Portu" "Arsenal"a 17 milyon ödəyəcək
"Portu" Yakub Kiviorun transferini rəsmiləşdirib.
QOL.az xəbər verir ki, Portuqaliya klubu icarə əsasında "Arsenal"da çıxış edən 26 yaşlı polşalı müdafiəçinin satınalma bəndini aktivləşdirib.
Razılaşmaya əsasən, "Portu" bu keçid üçün 17 milyon avro ödəyəcək, əlavə olaraq bonuslar 5 milyon avroya qədər arta bilər. Müqaviləyə görə, futbolçunun növbəti satışından "Arsenal"a 2 milyon avro ödəniləcək.
Qeyd edək ki, Kivior "Portu" ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Onun sərbəst qalma məbləği 70 milyon avro müəyyən edilib. Müdafiəçi bu mövsüm 38 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının çempionluğunda mühüm rol oynayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.