AZ

Tehranda dəhşətli yanğın baş verdi

Tehranın Əndişə rayonunda yerləşən "Arqavan" ticarət mərkəzində yanğın baş verib.

Publika.az xəbər berir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, binanın kompozit üzlüklü olması səbəbindən alov ticarət mərkəzinin gövdəsi boyu sürətlə yayılıb. Çoxmərtəbəli binadan yüksələn tüstü paytaxtın qərb rayonlarından və Tehranın peyk-şəhəri olan Kərəcdən də müşahidə edilib. Ticarət mərkəzindəki ziyarətçilər və işçilər təxliyə olunublar.

Yanğını lokallaşdırmaq mümkün olub, hazırda hadisə yerində Əndişənin üç yanğınsöndürmə briqadası və Şəhriyar dairəsinin xilasediciləri işləyir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
32
14
publika.az

10Mənbələr