AZ

Enrike zədəli futbolçuların “Bavariya” ilə cavab oyununa səfərini izah edib

PSJ klubunun baş məşqçisi Luis Enrike komandanın zədəli qapıçısı Lyuk Şevalye və müdafiəçisi Əşrəf Hakiminin "Bavariya" ilə keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununa səfər etməsinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" çalışdırıcının dediklərini belə çatdırıb.

“Onlar özləri gəlmək istədilər. Bu, komandamızda necə futbolçuların olduğunu göstərir. Onlar gəlib komandaya dəstək olacaq və bu oyunu bizimlə birlikdə yaşamaq istəyirlər”.

Qeyd edək ki, hər iki futbolçu zədəli olduqları üçün oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qarşılaşma mayın 6-da "Arena Münhen" stadionunda baş tutacaq.Komandalar arasında keçirilən ilk yarımfinal görüşündə Paris təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.

Seçilən
18
50
90deqiqe.az

10Mənbələr