AZ

İranla müharibə bitdikdən sonra neft qiymətləri kəskin düşəcək – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp İranla müharibə bitdikdən sonra neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini proqnozlaşdırır. “Hər kəs yanılıb. Onlar enerjinin bir barel üçün 300 dollar, 300 dollar olacağını düşünürdülər. Və bu (hazırda) bir barel üçün 100 dollar civarındadır.”– Donald Tramp deyib.

Ağ Ev rəhbəri ABŞ-da kiçik və orta sahibkarlığa dəstək tədbirində qlobal neft qiymətləri ilə bağlı vəziyyət barədə də danışıb. O, İranla münaqişə bitdikdən sonra neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşəcəyini proqnozlaşdırır. “Və mən proqnozlaşdırıram ki, bütün bunlar bitdikdə çox əhəmiyyətli dərəcədə düşəcək və düşünürəm ki, (bu, çox tez baş verəcək)”- Tramp vurğulayıb.

O, qeyd edib ki, dünyanın hər yerindən neft daşıyan tankerlər Fars körfəzində saxlanılır və hazırda Hörmüz boğazından keçə bilmir. Tramp gəmilərin pis bir varlıq tərəfindən “qaçırıldığını”, lakin ABŞ bu məsələni “Azadlıq Layihəsi” Əməliyyatı vasitəsilə həll etdiyini bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
58
50
editor.az

10Mənbələr