“Bavariya”nın idarə heyətinin üzvü Uli Heness “PSJ”nin cinah müdafiəçisi Əşrəf Hakimi ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, "DAZN" funksionerin dediklərini belə çatdırıb.
“Əşrəf Hakimi? Biz onu dərhal transfer edərdik, çünki o, komandamıza mükəmməl uyğunlaşar”, – deyə funksioner bildirib.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Hakiminin “PSJ” ilə müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir. Onun bazar dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.