AZ

Texasda atışma olub, 2 nəfər ölüb

Vaşinqton, 5 may, AZƏRTAC

ABŞ-nin Texas ştatının Dallas şəhərində yerləşən ticarət mərkəzində atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, silahlı şəxs beş nəfəri güllələyib, nəticədə iki nəfər həyatını itirib.

Polis bildirib ki, bu hadisə təsadüfi silahlı hücum olmayıb və qurbanlar məqsədli şəkildə seçilib.

Şübhəli şəxs polis tərəfindən açılan atəş nəticəsində yaralanıb və saxlanılıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
11
2
azertag.az

3Mənbələr