AZ

“Kamaz” işıqforun qırmızı işığında dayanmadı, zəncirvari qəza oldu

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində zəncirvari qəza qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb "Kamaz" markalı yük avtomobilinin işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirməsi olub.

Nəticədə yük avtomobili qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari qəza baş verib.

Hadisə zamanı "Kamaz"ın sürücüsü xəsarət alıb. Digər avtomobillərə isə ciddi ziyan dəyib.

Qəza səbəbilə ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və görülən tədbirlər nəticəsində tıxac aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
baku.ws

10Mənbələr