ABŞ dövlət katibi Marko Rubio İran və ABŞ arasında diplomatik razılaşmanı mümkün adlandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dövlət katibi danışıqlar yolu ilə sülhə nail olmaq imkanını qiymətləndirib.
"Razılaşmaya aparan əsl diplomatik yol var və biz onu araşdırmağa davam edirik", - deyə o vurğulayıb.
Əvvəllər ABŞ prezidenti Donald Trampın bu həftənin əvvəlində İrana qarşı hərbi əməliyyatların bərpasına əmr verə biləcəyi bildirilirdi.
Musavat.com