AZ

Barselona onun üçün ağlasığmaz təklif aldı: 235 milyon dollar

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Barselona"nın gənc ulduzu Pedri dünya futbol tarixinin ən bahalı transferlərindən birinə imza ata bilər.

Fanat.Az xəbər verir ki, "Fichajes" portalının yaydığı məlumata görə, Kataloniya təmsilçisi ispaniyalı yarımmüdafiəçi üçün rekord sayılacaq 235 milyon dollarlıq rəsmi təklif alıb.

Mənbə bildirir ki, bu astronomik məbləği ödəməyə hazır olan klub Səudiyyə Ərəbistanı təmsilçisidir, lakin komandanın adı hələlik gizli saxlanılır. İddialara görə, "Barselona"nın maliyyə vəziyyətini nəzərə alsaq, bu rəqəm klub rəhbərliyi üçün olduqca cəlbedicidir.

Buna baxmayaraq, 23 yaşlı futbolçunun özü bu təkliflə qətiyyən maraqlanmır. Pedri karyerasını Avropanın yüksək səviyyəli futbolunda davam etdirmək və "Barselona" ilə yeni uğurlar qazanmaq niyyətindədir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
50
fanat.az

10Mənbələr