AZ

"Neftçi" yenidən avrokubok zonasına yüksəldi - VİDEO

Misli Premyer Liqasında XXX tura "Karvan-Yevlax" - "Neftçi" oyunu ilə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç Bakı kollektivinin 3:0 hesablı qələbəsi ilə bitib.

Qonaqların heyətində İmad Faraj (31), Emin Mahmudov (50-p.) və Freddi Varqas (57) fərqləniblər.

Bu qələbə sayəsində "Neftçi" yenidən 50 xalla dördüncü pilləyə - avrokubok zonasına yüksəlib. Sonuncu - 12-ci olan "Karvan-Yevlax"ın 14 xalı var.

“Karvan-Yevlax” – “Neftçi” 0:3

Seçilən
13
50
sportinfo.az

10Mənbələr