BAKI, 6 may. TELEQRAF
“Azadlıq layihəsi" müdafiə əməliyyatıdır. Biz atəş açmırıq, amma bizə atəş açanlara cavabımız ölümcül olacaq.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi brifinqdə deyib.
O İranın Hörmüz boğazına nəzarət etməsinə icazə verilməyəcəyini bildirib.
"Blokada İrana gündə 500 milyon dollara başa gəlir. Onların ağıllı seçim etməsinin vaxtı gəlib çatıb", - deyə Rubio qeyd edib.