AZ

"Arsenal" 20 ildən sonra ÇL-in finalında!

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunu keçirilib. Yenicə başa çatan oyunda “Arsenal” "Atletiko"ya qalib gəlib. Yeganə qolu 44-cü dəqiqədə Bukayo Saka vurub. Bu komandalar arasında Madriddə keçirilən oyun 1:1 hesabıyla nəticələnmişdi. "Arsenal"ın finaldakı rəqibi sabah keçiriləcək "Bavariya" - PSJ oyununda bəlli olacaq. Həmin cütdə ilk oyunda parislilər 5:4 hesabıyla qalib gəlib.
Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Bukayo Saka, 44.

Seçilən
0
50
football-plus.az

10Mənbələr