Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Arsenal" Londonda "Atletiko"nu qəbul edib.
Maraqla gözlənilən görüşdə İngiltərə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə yekunlaşıb.
Beləliklə, "Arsenal" "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib və Çempionlar Liqasının finalına yüksəlib.
Komanda Avropanın əsas klub turnirinin finalında "Bavariya" - PSJ cütünün üstün tərəfi ilə qarşılaşacaq.
"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:0
Qol: Saka, 45
İlk oyun - 1:1