AZ

Çempionlar Liqası: Bavariya PSJ ilə cavab oyununa çıxır

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Çempionlar Liqasında sonuncu - ikinci finalçı da müəyyənləşəcək.

"Unikal" xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Bavariya" Münhendə PSJ-ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun referisi Joao Pineyro (Portuqaliya) olacaq. 

Sözügedən komandalar arasında ilk matçda PSJ 5:4 hesablı qələbə qazanmışdı.

Cütün qalibi isə finalda"Arsenal”la qarşılaşacaq.

"Arsenal" Çempionlar Liqasının yarımfinalının ikinci oyununda "Atletiko Madrid"i məğlub edib. 

"Unikal" xəbər verir ki, Londondakı "Emirates" stadionunda keçirilən oyun 1-0 hesabı ilə başa çatıb. Bukayo Saka oyunun yeganə qolunu 44-cü dəqiqədə Leandro Trossardın ötürməsi ilə vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
unikal.az

10Mənbələr