AZ

ÇL-də növbəti finalçı müəyyənləşir: “Bavariya” PSJ-yə qarşı

BAKI, 6 may. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçı müəyyənləşəcək.

Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin növbəti cavab oyununda Almaniyanın “Bavariya” klubu Fransa təmsilçisi PSJ-ni qəbul edəcək.

“Allyans Arena”da keçiriləcək qarşılaşmanı portuqaliyalı baş hakim Joao Pinheyro idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Komandalar arasında ilk oyunda PSJ 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu cütün qalibi finalda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək. “Topçular” yarımfinalda “Atletiko Madrid”i ümumi hesabda 2:1 məğlub edib.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr