AZ

“Barselona” Bastoni transferi üçün may ayına qədər qərar tələb edir

“Barselona” “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoninin transferini uzatmaq niyyətində deyil.

90deqiqe.Az-ın “Sport"a istinadən məlumatına görə, Kataloniya klubu italiyalı futbolçuya şərt irəli sürəcək: o, mayın sonunadək gələcək karyerası ilə bağlı yekun qərarını verməlidir.

Klub rəhbərliyi hesab edir ki, əgər futbolçu transferə razılıq versə və özü də keçidi israrla istəsə, “İnter”i satışa razı salmaq mümkün olacaq.

Bastoninin Milan təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədərdir. Onun bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, “İnter”in prezidenti Cüzeppe Marotta daha əvvəl “Barselona”nın futbolçuya marağını təsdiqləmişdi.

Seçilən
1
6
90deqiqe.az

7Mənbələr