525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İngiltərədə "Everton"un 71 yaşlı azarkeşi həbs olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Mançester Siti" Futbol Klubunun rəsmi saytında məlumat yerləşdirilib.
Səbəb Premyer Liqanın 35-ci turu çərçivəsində baş tutan "Everton" - "Mançester Siti" matçında azarkeşin qonaqların futbolçuları Mark Gehi və Antuan Semenoya qarşı rasist şüarlar səsləndirməsidir.
Doğrudur, azarkeş daha sonra pul müqabilində zaminə buraxılıb. Amma bu, onun cəzadan yaxa qurtarmasına kömək etməyib.
Məhkəmənin qərarı ilə qoca rəsmi oyunlardan əvvəl və sonra 4 saat müddətində stadiondan azı 1 mil kənarda qalmalıdı.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.