AZ

İsrail ordusu Livanın cənubunda atəşə tutulduğunu açıqlayıb

BAKI, 6 may. TELEQRAF

İsrail ordusu Livanın cənubunda fəaliyyət göstərən hərbçilərinin atəşə məruz qaldığını bəyan edib.

Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələri açıqlamasında hücumların Livanın cənubunda Hizbullah silahlıları tərəfindən həyata keçirildiyi qeyd olunub.

Məlumata görə, mayın 5-i axşam saatlarında iki belə insident qeydə alınıb və ümumilikdə bir neçə raket buraxılıb. Atəş Livanın cənubunda yerləşən ön müdafiə xəttinin cənubunda mövqe tutan İsrail bölmələrinə istiqamətlənib.

Açıqlamada bildirilib ki, raketlər hərbçilərin yaxınlığına düşsə də, İsrail Müdafiə Qüvvələri sıralarında xəsarət alanlar barədə məlumat verilməyib.

Seçilən
9
50
teleqraf.com

10Mənbələr