AZ

“Zərərli” sayılan bu 7 qida əslində faydalıdır – dietoloqlar mifləri dağıtdı

Bəzi qidalar illərdir "zərərli" kimi tanıdılır, lakin mütəxəssislər bu fikrin hər zaman doğru olmadığını bildirir.

Day.Az xəbər verir ki, araşdırmalara görə, gündəlik rasiona daxil edilən bəzi məhsullar əksinə, sağlamlıq üçün faydalıdır.

Dietoloqların sözlərinə görə, yumurta yüksək xolesterin tərkibinə görə tənqid olunsa da, əslində zülal, vitamin və minerallarla zəngindir və ölçülü istifadə edildikdə təhlükəli deyil. Dondurulmuş meyvə və tərəvəzlər də çox vaxt yanlış qiymətləndirilir - onlar yetişmə dövründə dondurulduğu üçün qida dəyərini yaxşı saxlayır.

Eyni zamanda, qəhvənin ölçülü istifadəsi, karbohidratların düzgün seçimi və qlütenlə bağlı qorxuların da çox vaxt şişirdildiyi qeyd olunur. Mütəxəssislər bildirir ki, bu qidalar yalnız müəyyən xəstəlikləri olan insanlar üçün məhdudlaşdırılmalıdır, əks halda balanslı qidalanmanın bir hissəsi kimi faydalı ola bilər.

 
Seçilən
14
6
day.az

10Mənbələr