Goranboyda avtoqəzada xəsarət alan 7 nəfərdən (1-i kişi, 6-sı qadın) 2-si evə buraxılıb.
Senzor.az bildirir ki, KİV-in sorğusuna TƏBİB-dən verilən cavabda belə deyilir.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən birinin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
**10:20
Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Borsunlu kəndinin ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub.
Nəticədə 7 nəfər - 1990-cı il təvəllüdlü Arzu Nəbiyev, 1986-cı il təvəllüdlü Xəyalə Cəfərova, 1982-ci il təvəllüdlü Suqra Quluyeva, 1975-ci il təvəllüdlü Şəlalə Abdullayeva, 1962-ci il təvəllüdlü Nigar Mustafayeva, 1972-ci il təvəllüdlü Zəkiyə Məmmədova, 1989-cu il təvəllüdlü Aysel Şirinova və 1973-cü il təvəllüdlü Yeganə Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər
Məlumata görə, sözügedən şəxslər istixana işçiləridir.
Faktla bağlı araşdırma aparılır.