AZ

Papaya hücumlar qəbuledilməzdir və sülhə töhfə vermir - İtaliya XİN rəhbəri

Papaya qarşı hücumlar qəbuledilməzdir və sülhə töhfə vermir..

Hakimiyyet.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antoni Tayani bildirib.

"Papa Leonun hər bir hərəkətinə və sözünə dəstəyimi bir daha bildirirəm. Bunlar dialoqun, insan həyatının və azadlığın dəyərinin sübutudur. Bu baxışı münaqişələrin mövcud olduğu bütün sahələrdə sabitliyi və sülhü diplomatiya yolu ilə təmin etməyə çalışan hökumətimiz də bölüşür".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Papa XIV Leoya qarşı yeni sözlü hücum başladıb və pontifiqi bir çox katolikləri təhlükəyə atmaqda günahlandırıb.

ABŞ prezidenti bildirib ki, Papa İranın nüvə silahına sahib olmasının normal olduğu barədə danışmağa üstünlük verərdi və mən bunun çox yaxşı bir şey olduğunu düşünmürəm.

Elvin

Hakimiyyet.az

Seçilən
1
32
hakimiyyet.az

10Mənbələr