AZ

Həftəsonu rayonlarda dincəlmək üçün nə qədər pul lazımdır? Araşdırma

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Mayda qeyri-iş günlərinin sayı çoxdur. Bu həftəsonu isə 3 gün ard-arda qeyri-iş günü olacaq. Bu səbəbdən də cümə günü axşamdan etibarən rayonlara axın olacaq. Çox insan öz yaşadıqları kəndlərə qayıtsa da, Bakıdan sırf dincəlmək üçün də rayonlara üz tutanlar az olmayacaq.

Bəs, bu həftəsonu rayonlarda dincəlmək üçün nə qədər pul lazımdır?Demokrat.az regionlarda birgünlük turlardan tutmuş, hotel və kirayə evlərin qiymətlərinə qədər bütün istiqamətlər üzrə araşdırma aparıb.Hazırda daxili turizmdə ən çox tələbat məsafə baxımdan Bakıya yaxın olduqlarına görə Quba, Qusar, Qəbələ və Lənkəran istiqamətlərinədir. Birgünlük qrup turlarının qiyməti cəmi 25-35 AZN arasında dəyişir ki, bu məbləğə nəqliyyat, səhər yeməyi və ekskursiyalar daxildir. Gecələmə daxil olan iki günlük turların qiyməti isə seçilən hotelin xidmət səviyyəsindən asılı olaraq 110-190 AZN aralığında müəyyənləşib.Regionlardakı hotellərdə iki nəfərlik bir gecəlik qonaqlama üçün minimum 70-80 AZN ödəmək lazımdır. Daha yüksək xidmət təklif edən 5 ulduzlu hotellərdə isə bu rəqəm 150 AZN-dən yuxarı qalxır.Ailəvi və ya dostlarla birlikdə dincəlmək istəyənlər üçün günlük kirayə evlər daha sərfəli variant hesab olunur. Quba və Qəbələdə şəraitindən asılı olaraq günlük evlər 80-150 AZN, hovuzlu villalar isə 250-400 AZN arasındadır.İsmayıllı və Şəkidə sadə kənd evləri 70 AZN-dən başladığı halda, lüks kotteclər 130 AZN-ə təklif olunur. Lənkəran və Zaqatala bölgələrində isə 55-100 AZN aralığında rahat mənzillər tapmaq mümkündür.Yəni, bu həftəsonu təkbaşına birgünlük gəzinti üçün minimum 30 AZN, ailəvi iki günlük istirahət üçün isə yol və yemək xərcləri daxil olmaqla orta hesabla 250-300 AZN büdcə nəzərdə tutulmalıdır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
25
demokrat.az

10Mənbələr