AZ

Bakıda taksi dayanacaqları niyə parkinqlərlə əvəzlənir? – VİDEO 

Son zamanlarda taksi duracaqlarının azaldığı müşahidə edilir.

Vətəninfo.az-ın xəbərinə görə, sürücülər bildirirlər ki, insan axını olan ərazilərdə bu duracaqlar ləğv edilərək yerində parkinq yaradılıb. Avtomobili nəinki uzunmüddətli saxlamaq, bir neçə dəqiqəlik dayandırmaq belə mümkün deyil.

Əvvəllər bəzi metro stansiyalarının yaxınlığında belə dayanacaqlar olsa da, sonradan həmin nişanlar götürülüb.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Bakı şəhəri üzrə 147 ünvanda 550 taksinin dayanması üçün yer var. Hazırda bu istiqamətdə kompleks yanaşma tətbiq edilir. Vətəndaş müraciətləri və təhlillər nəticəsində yeni taksi duracaq yerləri müəyyənləşdirilir, aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra quraşdırılması həyata keçirilir. Bu məntəqələr əsasən təhsil ocaqlarının, tibb müəssisələrinin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında yaradılır. Xüsusi hərəkət zolaqlarında da minik avtomobillərinin, o cümlədən, taksi nəqliyyat vasitələrinin sərnişinlərinə minib-düşmək üçün şərait yaradılıb. Bu günə qədər ümumilikdə 16 küçə və prospektdə 27 məntəqədə minib-düşmə yeri təşkil edilib. Taksi duracağı və minib-düşmə yerlərinin yaradılması istiqamətində işlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
0
8
veteninfo.az

10Mənbələr