“Çelsi” Nyukasl Yunayted”in futbolçusu Entoni Qordon uğrunda mübarizəyə qoşulub. Metbuat.az xəbər verir ki, “Çelsi” İngiltərə millisinin futbolçusu Entoni Qordon üçün transfer danışıqlarına hazırlaşır. London təmsilçisi bu keçid üçün “Nyukasl Yunayted” klubu ilə əlaqə saxlayıb. Məlumata görə, futbolçuya “Bavariya”, “Liverpul” və “Arsenal” da maraq göstərir. "Barselona" nümayəndələrinin futbolçunun agenti ilə görüşdüyü barədə xəbərlər dərc edilib. Qordon bu mövsüm yüksək performansı ilə bir sıra aparıcı klubların diqqətini çəkib. Bildirilir ki, “Nyukasl” oyunçunu komandada saxlamaq niyyətindədir. Lakin yüksək məbləğdə təklif daxil olarsa, transfer məsələsi yenidən dəyərləndirilə bilər.