AZ

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp atasının adının veriləcəyi Palm-Biç hava limanının yeni loqosunu yayımlayıb.Bizim.Media xəbər verir ki, Florida ştatının qanunverici orqanı hava limanının Donald Trampın şərəfinə adlandırılmasına səs verib.Florida qubernatoru Ron DeSantis qanun layihəsini mart ayında imzalayıb. Ad dəyişikliyinin rəsmi olaraq iyulun 1-dən qüvvəyə minəcəyi bildirilir.Erik Tramp sosial şəbəkə hesabında yeni loqonu paylaşaraq atasını təbrik edib:“İlk dəfə olaraq Florida ştatının Palm-Biç şəhərində Donald Tramp adına beynəlxalq hava limanının rəsmi loqosunu böyük qürurla təqdim edirəm. Bu inanılmaz şərəfə Donald Trampdan daha layiqli insan yoxdur! Təbrik edirəm, ata! Çox yaxın zamanda reyslərin DJT hava limanına enməsini səbirsizliklə gözləyirik!”.Qeyd edək ki, Palm-Biç Donald Trampın Mar-a-Lago iqamətgahının yerləşdiyi şəhər kimi də tanınır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
bizim.media

10Mənbələr